AZ

Koreya səfiri Şəkiyə səfər edib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Bu gün Koreya Respublikasının ölkəmizdəki səfiri Kanq Kımqu Şəkiyə səfər edib.

Hafta.az-ın yazdığına görə, koreyalı diplomat səfər çərçivəsində şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.

Görüş zamanı icra başçısı səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Şəki rayonunda sosial-iqtisadi inkişaf əsasən kənd təsərrüfatı və turizm olmaqla, iki prioritet istiqamətdə aparılır. Məlumat verib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib.
 
 
Qeyd olunub ki, Şəki Azərbaycanda “Festivallar şəhəri” kimi tanınır. Hər il bu şəhərdə bir neçə beynəlxalq festival keçirilir. Şəki “İpək Yolu“ Beynəlxaq Musiqi Festivalında müxtəlif illərdə Koreya Respublikasından gəlmiş musiqi kollektivləri də iştirak ediblər.
 
 
Səfir Kanq Kimqu qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Şəkiyə ilk dəfədir səfər etdiyini və səfərinin bu qədim diyarla daha yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
 
 
Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
 
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
 
 
İcra hakimiyyətinin başçısı Elxan Usubov səfiri Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə tanış edib.
 
Səfər çərçivəsində səfir Kanq Kimqu Şəkinin tarixi məkanları ilə tanış olub.
Seçilən
6
1
hafta.az

2Mənbələr