AZ

Adi qarın ağrısı ölümcül xəstəliyin siqnalı ola bilər

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mədəaltı vəzi xərçəngi ən ölümcül xərçəng növlərindən biridir".

Ölkə.az "El Periodico de España"ya istinadla xəbər verir ki, bu barədə onkoloq Raquel Molina danışıb.

Onun sözlərinə görə, hətta adi qarın ağrısı belə bu xəstəliyin ilk əlamətlərindən biri ola bilər:

"Bu xərçəng növünün simptomlarının çoxu qeyri-spesifikdir. Məsələn, həzm problemləri, iştahsızlıq və daimi yorğunluq buna daxildir. Məhz buna görə də xəstəlik çox vaxt gec mərhələdə aşkar olunur".

Həkimin sözlərinə görə, daha aydın görünən əlamətlər selikli qişaların və dərinin saralmasıdır. O, mədəaltı vəzi xərçəngi üçün əsas risk faktorları kimi piylənmə, şəkərli diabet, xroniki pankreatit və alkoqol qəbulunun çox olmasını göstərib. Həkim həmçinin bildirib ki, bu xərçəng növünün təxminən 30 faizi siqaret çəkmə ilə əlaqədardır.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
1
olke.az

2Mənbələr