AZ

“Mançester Yunayted”in futbolçusu klubdan narazıdı

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Mançester Yunayted”in futbolçusu klubdan narazıdı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobi Mayno qış transfer pəncərəsində komandanı tərk etmək niyyətindədir.

QOL.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, oyun vaxtının azlığından narazı olan futbolçu rəhbərlikdən onu icarəyə buraxmaqlarını xahiş edib. Lakin "qırmızı şeytanlar" bu məsələdə tələsmək niyyətində deyil. Klub rəhbərliyi qərar verməzdən əvvəl Afrika Millətlər Kubokunun başa çatmasını və heyətin vəziyyətini dəyərləndirməyi planlaşdırır. Mərakeşdə təşkil olunacaq turnir 2025-ci il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək davam edəcək.

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə cəmi 10 oyunda iştirak edən Kobi Mayno 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
qol.az

2Mənbələr