AZ

F-1: Abu-Dabi Qran-Prisində ikinci məşq sessiyasının nəticələri açıqlanıb

Abu-Dabidə mövsümün sonuncu – 2025-ci il Dünya Çempionatının final mərhələsi çərçivəsində keçirilən ikinci sərbəst yürüşün nəticələri müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki,  “Maklaren” pilotu Lando Norris sessiyanın ən sürətli sürücüsü olub.

Britaniyalı pilot 1:23.083 nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb. Onun ən yaxın izləyicisi “Red Bull” komandasının dördqat dünya çempionu Maks Verstappen olub. “Mercedes” pilotu Corc Rassell isə üçüncü yeri tutub.

İkinci sərbəst yürüşün nəticələri:

Lando Norris (“Maklaren”) — 1:23.083

Maks Verstappen (“Red Bull”) +0.363

Corc Rassell (“Mercedes”) +0.379

Oliver Berman (“Haas”) +0.418

Niko Hülkenberq (“Kick-Sauber”) +0.467

Qabriel Bortoletto (“Kick-Sauber”) +0.487

İsak Hacar (“Racing Bulls”) +0.574

Şarl Lekler (“Ferrari”) +0.575

Fernando Alonso (“Aston Martin”) +0.625

Andrea Kimi Antonelli (“Mercedes”) +0.667

Oskar Piastri (“Maklaren”) +0.680

Lens Stroll (“Aston Martin”) +0.749

Karlos Sains (“Uilliams”) +0.789

Lyuis Hemilton (“Ferrari”) +0.856

Aleks Albon (“Uilliams”) +0.867

Esteban Okon (“Haas”) +0.875

Yuki Tsunoda (“Red Bull”) +1.220

Liam Lawson (“Racing Bulls”) +1.391

Franko Kolapinto (“Alpine”) +1.688

Pyer Qasli (“Alpine”) +1.880

Seçilən
94
90deqiqe.az

1Mənbələr