AZ

ABŞ Suriyanı sabitləşdirmək üçün çalışmaq niyyətindədir

Vaşinqton Suriyanı sabitləşdirmək üçün çalışmaq niyyətindədir və onu Yaxın Şərqdə ayrılmaz və konstruktiv oyunçuya çevirmək üçün də çalışacaq. 

HİT.az xəbər verir ki, bunu Ağ Ev tərəfindən dərc edilmiş yeni ABŞ Milli Təhlükəsizlik Strategiyası sübut edir.

Sənəddə deyilir: "Suriya potensial bir problem olaraq qalır. Lakin Amerika, ərəb ölkələri, İsrail və Türkiyənin dəstəyi ilə sabitləşə və regionda ayrılmaz və konstruktiv oyunçu kimi layiqli yerini bərpa edə bilər".

Bundan əlavə, ABŞ artıq Yaxın Şərqi xarici siyasətində dominant amil kimi görmür, çünki o, artıq "daimi qıcıqlandırıcı" deyil. Yenilənmiş Strategiyada, xüsusən də İbrahim Sazişlərini daha da genişləndirmək planları qeyd olunur.

İbrahim Sazişləri İsrail, Bəhreyn və BƏƏ arasında münasibətləri normallaşdırmaq üçün 2020-ci ildə imzalanmış sənəddir. Saziş İsrail tərəfindən ABŞ vasitəçiliyi ilə imzalanıb. Onların adı bütün əsas İbrahim dinlərində - yəhudilikdə, xristianlıqda və İslamda mövcud olan ata və peyğəmbər İbrahimə aiddir. İbrahim Sazişləri regiondakı ölkələr arasında iqtisadi və müdafiə sahəsində əməkdaşlığa kömək edib.

Sentyabrın 20-də Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara yaxın günlərdə İsrail ilə təhlükəsizlik sazişi imzalamağın mümkünlüyünü elan edib, Dəməşqin yəhudi dövlətinə etibar etmədiyini, lakin İsraillə döyüşmək istəmədiyini vurğulayıb.

Samir

Seçilən
17
hit.az

1Mənbələr