AZ

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin və mənəvi bütövlüyümüzün təmini olacaq - Cəlil Xəlilov

Bakı. Trend:

Vaxtı ilə erməni faşizmi tərəfindən dədə-baba yurdundan didərginsalınan soydaşlarımızın yenidən Qərbi Azərbaycana qayıdışı tarixiədalət və xalqımızın mənəvi bütövlüyünün təmini baxımındanzəruridir.

Bunu Trend-əaçıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeydedib ki, Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ:Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsininbərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusundaIII beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət, bumüraciətdə yer alan fikirlər mühüm əhəmiyyətə malikdir:

“Qərbi Azərbaycana qayıdış, yüz minlərlə haqqı pozulansoydaşlarımızın hüququnun illər, əsrlər sonra bərpa edilməsi hərzaman Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqətmərkəzində olub. Dövlət başçısı dəfələrlə Qərbi Azərbaycanaqayıdışın vacibliyi ilə bağlı açıqlamalar verib, bu qayıdışın həmbeynəlxalq hüquq, həm də tarixi ədalətin bərpası baxımından mühüməhəmiyyətə malik olduğunu qeyd edib.

Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri dədövlət başçısının bu qayıdışı xalqımızın mənəvi bütövlüyünün təminibaxımından da vacib hesab etməsidir. Müzəffər Ali Komandan haqlıolaraq hesab edir ki, bu qayıdış xalqımızı öz mədəni irsini, tarixiyaddaşını bərpa etməyə, mənən və ruhən bütövləşməyə köməkedəcək.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra QərbiAzərbaycana qayıdış məsələsi öz aktuallığını əhəmiyyətli dərəcədəartırıb. Vətən müharibəsi nəticəsində erməni faşizmini darmadağınedərək ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında dayananiki mühüm hədəf var ki, bunlardan biri işğaldan azad edilənərazilərdə həyatı dirçəltmək, bu coğrafiyanı bütün regionun əsasiqtisadi güc mərkəzlərindən birinə çevirməkdir. Hansı ki,dövlətimiz Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altındabu istiqamətdə heyrətamiz layihələr həyata keçirməkdədir.

Digər bir məqsəd isə Qərbi Azərbaycana qayıdışı təmin etmək, buərazilərdə silinən tarixi irsimizi bərpa etməkdir. Prezident İlhamƏliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qərbi Azərbaycandandidərgin salınan vətəndaşların tarxi yurduna qayıdışını təminedəcək və bu məqsədinə sülh yolu ilə nail olacaq. Prezidentin“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmışazərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa vəsülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransıniştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə bir daha diqqətçəkməsi dövlətimiz üçün bu məqsədin bundan sonra da özprioritetliyini qoruyub saxlayacağını göstərir”.

Məqalədə:
Seçilən
35
4
az.trend.az

5Mənbələr