Rusiya Prezidenti Vladimir Putin “India Today” telekanalına müsahibəsində bildirib ki, Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlığın bərpası hər iki tərəf üçün bir çox istiqamətdə faydalı ola bilər.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Putinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin başa çatmasına yardım göstərmək üçün kifayət qədər səbəbləri mövcuddur və bu səbəblərə enerji sektoru da daxil olmaqla müxtəlif sahələr aid edilə bilər.
Kreml rəhbəri NATO-ya da mesaj ünvanlayıb:
“Moskva NATO-nun genişlənməməsi ilə bağlı verdiyi vədlərə əməl olunmasını tələb edir. Bu vədlər Rusiyaya 1990-cı illərdə verilmişdi və ‘Şərqə doğru genişlənmə olmayacaq’ deyilmişdi. Biz sadəcə həmin öhdəliklərin yerinə yetirilməsini istəyirik”.