Bakı. Trend:
"Netflix" "Warner Bros. Discovery"ni səhm başına 27,75 dollarqarşılığında satın almaq üçün razılığa gəlib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə "Netflix" və "WarnerBros. Discovery" (WBD) birgə açıqlama yayıblar.
Bildirilib ki, satınalma əməliyyatı nağd pul və səhm şəklindəhəyata keçiriləcək.
Satınalma yalnız "WBD"nin film və televiziya studiyalarınıdeyil, həmçinin "HBO Max streaming" xidmətini də əhatə edir.Əməliyyatın zəruri icazələr alındıqdan sonra 2026-cı ilin üçüncürübündə tamamlanması gözlənilir.
Məlumata görə, bu birləşmə film sənayesində yeni nəhəng şirkətyaradacaq və monopoliyalaşma müzakirələrini artıracaq. İki şirkətinbirlikdə dünya üzrə təxminən 450 milyon abunəçisi mövcuddur.
ABŞ rəsmiləri bildiriblər ki, satış baş tutarsa, "Netflix"rəqəmsal yayım bazarında “çox güclü” mövqeyə sahib olacaq.