Pakistan 2027-ci ilə qədər nəzərdə tutulan Qətər və İtaliyadan 45 partiya maye qaz alışı üzrə razılaşmanı ləğv edib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Daily Pakistan Online" "Geo News"a istinadən məlumat yayıb.
Bildirilib ki, Pakistan Qətərdən 24, İtaliyadan isə 21 partiya maye qaz alışından imtina edib.
"Qətərdən 2026-cı ildə idxalı nəzərdə tutulan 24 partiya maye qazın alışı ləğv olunub. İtaliyaya gəldikdə isə Pakistan 2026-cı ildə bu ölkədən planlaşdırılan 12 partiyanın yerinə gələn ilin yanvarında cəmi bir partiya maye qaz alacaq", - nəşr qeyd edib.
Pakistan həmçinin İtaliya şirkəti ilə 2027-ci il üçün nəzərdə tutulan 12 partiya maye qaz alışının 10-nu ləğv edib.
Pakistanın Qətər və İtaliya şirkətləri ilə maye qaz alışına dair uzunmüddətli razılaşmaları var.