“Neftçi”nin ukraynalı baş məşqçi Yuri Vernidubla anlaşdığını xəbər vermişdik.
İdmanxeber.az-a verilən məlumata görə, təcrübəli mütəxəssis artıq ölkəmizdədir. O, Bakı vaxtı ilə saat 18:00-da paytaxtımıza eniş edib.
“Neftçi” rəhbərliyi yaxın vaxtda onunla rəsmi sözləşmə imzalayacaq.