Azərbaycanlı aktyor Eldar İsgəndərov məşhur rejissor Qrant Singerin “Reenactment” adlı yeni bədii filminin aktyor heyətinə daxil edilib. O, ekran işində dünya ulduzları – Benisio del Toro, Kameron Dias və Ana de Armas ilə birlikdə rol alacaq.
Bu barədə Trend-ə aktyor özü məlumat verib.
Layihə Benisio del Toronu yenidən Qrant Singer və “Black Label Media” istehsalat şirkəti ilə bir araya gətirir. Filmin süjeti kimi, Eldar İsgəndərovun rolu da hələlik gizli saxlanılır.