AZ

Nazir idmançılarla görüşdü

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Dekabrın 5-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. Nazir Fərid Qayıbov çıxışında bildirib ki, noyabr ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 16 ölkədə səsləndirilib. Bu ay ərzində idmançılarımız ümumilikdə 52 qızıl, 52 gümüş və 72 bürünc medal qazanıblar.

Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
6
futbolpress.az

7Mənbələr