AZ

Avropa İttifaqı Rusiya neftinin gəmilərlə daşınmasını qadağan etmək istəyir

Avropa Birliyi və G7 ölkələri Rusiya neftinin qiymət limitinin Qərb gəmiləri tərəfindən daşınmasına tam qadağa ilə əvəz edilməsi imkanını müzakirə edirlər.

AzPost bildirir ki, bu barədə Reuters agentliyi altı mənbəyə istinadən mlumat verir.

Məlumatda deyilir: “G7 və Avropa Birliyi Rusiya neftinin ixracına qiymət limitinin Qərb şirkətlərinə nəqliyyat xidmətlərinə çıxışa tam qadağa ilə əvəz edilməsi barədə danışıqlar aparır”.

Agentliyin mənbələrinə görə, qadağa 2026-cı ilin əvvəlində qəbul edilməsi planlaşdırılan növbəti Aİ sanksiya paketinə daxil edilə bilər.

Reuters mənbələri iddia edir ki, bu ideya G7 texniki görüşlərində ABŞ və Böyük Britaniya nümayəndələri tərəfindən fəal şəkildə təbliğ olunur. Dörd mənbə əlavə edib ki, ABŞ prezidenti Donald Trampın bu məsələ ilə bağlı son mövqeyi Ukraynadakı münaqişənin həlli üçün danışıqların uğurundan asılı olacaq.

AzPost.az

Seçilən
90
azpost.info

1Mənbələr