AZ

Kuşner sülh planının əsas müddəalarını hazırlaya bilər

Cared Kuşner Ukrayna münaqişəsi ilə bağlı mümkün sülh planının əsas müddəalarını hazırlaya bilər.

KONKRET.az axar.az-a xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Bir çox cəhətdən nizamlanmaya aparan hansısa plan kağız üzərində tərtib olunmağa davam edərsə, o zaman qələmlə ən çox adı yazılan şəxs cənab Kuşner olacaq”, – o bildirib.

Onun fikrincə, Kuşner danışıqlara çox əlverişli zamanda qoşulub, çünki Uitkoffun “cazibədarlığı və dostluğu” işə sistemli yanaşması ilə tamamlanıb.

Qeyd edək ki, dekabrın 2-də Rusiya-ABŞ danışıqları 5 saat davam edib.

Seçilən
78
3
konkret.az

4Mənbələr