AZ

Sırski: Ukrayna üçün ərazidən imtina etmək qəbuledilməzdir

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ölkəsinin heç bir halda öz ərazisindən imtina etməyəcəyini bildirib.

 

Bu barədə RBK-Ukraina məlumat yayıb.

 

“Əlbəttə, bizim üçün sadəcə ərazini təhvil vermək qəbuledilməzdir. Ümumiyyətlə, torpağımızdan imtina etmək nə deməkdir? Biz bunun üçün mübarizə aparırıq və buna görə də ərazilərimizi vermirik”, – Sırski bildirib.

 

Baş komandanın sözlərinə görə, Ukrayna üçün “ədalətli sülh” heç bir ilkin şərt qoyulmadan, ərazi güzəştləri tələb olunmadan və hazırkı təmas xətti boyunca atəşin dayandırılması ilə mümkündür.

 

APA

Tarix: 5 Dekabr 2025, 23:12   
Seçilən
12
8
pravda.az

9Mənbələr