AZ

Rusiya Avropaya ağır zərbə endirə bilər Dizen

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqının Ukrayna münaqişəsinin gedişatına nəzarət etdiyini düşünməsi əslində təhlükəli bir illüziya yaradır və bu vəziyyət Aİ-ni Rusiya ilə toqquşma riskinə yaxınlaşdırır. 

Globalinfo.az xəbər verir ki, bu barədə norveçli politoloq və professor Qlenn Dizen “Judging Freedom” yutub kanalında çıxışı zamanı xəbərdarlıq edib.

Dizen bildirib ki, Avropa ölkələrinin kəşfiyyat qurumları esklasiyaya nəzarət kimi bir anlayışa həddindən artıq güvənirlər. Onlar hesab edirlər ki, məhdud sayda qoşun göndərmək və Rusiyaya müəyyən zərbələr endirmək vəziyyəti tam idarə altında saxlamağa imkan verəcək. Onun fikrincə, bu, reallıqdan uzaqdır.

Professor qeyd edib ki, Qərb səhvən Rusiyanın öz qırmızı xətlərinin aşılmasına sərt reaksiya verməyəcəyinə inanır. Halbuki belə yanaşma böyük risk yaradır, eyni zamanda qarşıdurma ehtimalını artırır.

O hesab edir ki, belə bir ehtimalda Rusiyanın cavab zərbəsi ağır ola bilər.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
globalinfo.az

1Mənbələr