AZ

Dolğular təhlükə saçır: Çürümə halları artır

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son günlər estetik prosedurların fəsadları, xüsusilə də dolğu tətbiqlərinin səbəb olduğu çürümə (nekroz) hallarının artması mövzunu yenidən gündəmə gətirib. Gözəllik məqsədi ilə edilən bu müdaxilələrin bəzən ciddi toxuma zədələnməsi və hətta həyati təhlükə yaradacaq nəticələrə səbəb olması cəmiyyətdə narahatlıq doğurur. Bu baxımdan dolğu prosedurlarının hansı hallarda təhlükəli ola biləcəyi məsələsi aktuallığını qoruyur.

Bəs dolğular hansı hallarda bədənin çürüməsinə səbəb ola bilir?

Məsələ ilə bağlı həkim-kosmetoloq Səadət Mustafayeva Gununsesi.info-ya açıqlamasında  dolğunun əsas risk faktorlarından bəhs edib.

“Dolğuda iki əsas risk faktoru var: həkimin peşəkarlığı və istifadə olunan preparatın keyfiyyəti. Əgər həkim lazımi tibbi savada malik deyilsə və keyfiyyətsiz dolğu maddəsindən istifadə edilirsə, nəticələr ciddi ola bilər.

Həkim preparatı inyeksiya edərkən onun damara daxil olmamasına xüsusi diqqət yetirməlidir. Uyğun olmayan nahiyəyə tətbiq və ya süni, keyfiyyətsiz maddənin istifadəsi damarlarda tıxanma yarada bilər. Bu zaman qan dövranı pozulur, toxumalar oksigensiz qalır və nəticədə çürümə – yəni nekroz baş verir”.

O bildirib ki, bəzi süni sintetik dolğular insan orqanizmində “yatmış bomba” effekti yaradır.

“Belə maddələr zamanla əyilmə, fibrozlaşma, iltihab və allergik reaksiyalara səbəb ola bilər. Hətta dolğunun içindəki maddə illər sonra fəsad verməyə başlayır. Təbii dolğuların keyfiyyətli və keyfiyyətsiz olan növləri var. Hazırda Azərbaycanda bu sahədəki ən böyük problem keyfiyyətsiz preparatların istifadəsidir. Bu isə həkimlərin alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır. Əgər dolğu materialı keyfiyyətlidirsə və prosedur peşəkar şəkildə aparılıbsa, çürümə riski yoxdur”.

Kosmetoloq proseduru etdirərkən təcrübəli və ixtisaslı həkim seçməyi tövsiyə edib.

“Eyni zamanda prosedurun steril şəraitdə aparılmasına diqqət edilməli, yalnız sertifikatlı və keyfiyyətli dolğu preparatlarından istifadə olunmalıdır”, – deyə o xəbərdarlıq edib.

Ayşən

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
197
icma.az

1Mənbələr