ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Beşiktaş” mövsümün əvvəlində “Roma”dan 2 milyon avro icarə haqqı və 13 milyon avro satınalma variantı ilə heyətinə qatdığı Tammi Abrahamla yollarını ayırmağı düşünür.
Apasport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ingilis hücumçuya həm vətənindən, həm də Rusiyadan maraq var.
“Beşiktaş” rəhbərliyi onun performansını yetərli hesab etmir və komandanın gözləntilərinin altında qaldığını düşünür.
İddialara görə, klub rəhbərliyi Abraham üçün 15–20 milyon avro aralığında transfer qiyməti müəyyənləşdirib.
Bildirilib ki, “ağ-qaralar” qış transfer pəncərəsində heyətinə yeni mərkəz hücumçusu qatmağı planlaşdırır.
UEFA-dan Ukraynaya sərt cəza - 34 min avro
Flik: "Tezliklə onu "Barselona"nın kapitanı kimi görəcəyik"
"Tottenhem" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
“Real Betis”ə Amrabat şoku: "Barselona" matçını buraxacaq
"Qalatasaray"ın futbolçusu "Monako" ilə matçı buraxacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.