AZ

Sürücülər və piyadalar üçün çətinliklər yaradan yol Cərimələr prospekti VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Avtosfer.az xəbər verir ki, budəfəki buraxılışda paytaxtın Şah İsmayıl Xətai prospektində yol hərəkətinin təşkilində mövcud olan problemlər diqqətə çatdırılıb. Bildirilib ki, aylar əvvəl prospektdə asfalt örtüyü yenilənsə də, xətlənmə işlərinin aparılmaması səbəbindən hərəkətin təşkili xeyli çətinləşib. Bundan əlavə, parkinq nişanları mövcud olsa da, yerdə xətlərin olmaması sürücülərin avtomobilləri nizamsız şəkildə saxlamasına səbəb olur. Hərəkətin intensiv olduğu prospektdə işıqforun qarşısında "stop" xətlərinin olmaması isə vəziyyəti daha da çətinləşdirir. Qeyd olunub ki, prospektdə piyada keçidlərinə, iki əksistiqamətli yolu ayıracaq qoşa xəttə, "stop" xətlərinə və digər yol nişanlarına ehtiyac var.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
10
avtosfer.az

10Mənbələr