AZ

Belarus nüvə enerjisi istehsalını genişləndirir

Ajans.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, xarici işlər nazirinin müavini İqor Sekret dekabrın 5-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi ilə görüşüb.

Vurğulanıb ki, İ. Sekret Rafael Qrossiyə Belarusda enerji istehlakının proqnozlaşdırılan artımına uyğun olaraq nüvə istehsalının genişləndirilməsi planları barədə məlumat verib, ölkəsinin nüvə enerjisi proqramının bütün mərhələlərində BAEA ilə əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Seçilən
20
6
Ajans.az

7Mənbələr