AZ

Yuri Vernidub “Neftçi” ilə müqavilə bağlamaq üçün Bakıya gəlib

Bakı. Trend:

Yuri Nikolayeviç Vernidub “Neftçi” futbol klubu ilə müqaviləbağlamaq məqsədilə Bakıya gəlib.

Bu barədə Trend-ə"Neftçi"nin mətbuat xidmətində olan mənbə məlumat verib.

59 yaşlı məşqçinin köməkçilərindən birinin oğlu VitaliyVernidubun da komandaya qoşulacağı bildirilir.

Təcrübəli mütəxəssis karyerası ərzində vətənində “Metallurq”,“Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” və Moldovada “Şerif”in başməşqçisi olub.

Vernidub son üç ili ölkəsində “Krivbass”ın baş məşqçisi kimikeçirib və karyerasının ən böyük uğurunu 2020-2022-ci illərdə əldəedib.

O, “Şerif”i Çempionlar Liqasının əsas mərhələsinə çıxarmağıbacarıb; Moldova komandası həmin vaxt “Real”ı məğlub etməklə bütünAvropada diqqət mərkəzinə düşüb.

Seçilən
26
6
az.trend.az

7Mənbələr