Bakı. Trend:
ABŞ Dövlət Departamenti Danimarkaya 3 milyard dollarlıqİnteqrasiya olunmuş Döyüş Komandanlıq Sisteminin (IBCS) hava vəraketdən müdafiə döyüş idarəetmə sistemi və əlaqəli logistikasınınsatışını təsdiqləyib.
Trend xəbər verirki, məlumat dekabrın 5-də hökumətlərarası müqavilələr çərçivəsindəxaricə hərbi texnika və silah tədarükündən məsul olan PentaqonunTəhlükəsizlik Əməkdaşlıq Agentliyi tərəfindən yayımlanıb.
Bəyanatda qeyd olunur ki, sistem artilleriya atəşindən qorunmavasitələri, yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatlarıilə təchiz olunub.
Sənəddə vurğulanır ki, “təklif olunan satış NATO müttəfiqinindöyüş qabiliyyətlərini artırmaqla ABŞ-ın xarici siyasətini və millitəhlükəsizlik məqsədlərini dəstəkləyəcək”. ABŞ tərəfi hesab edirki, IBCS-in Danimarkaya satışı onun yerüstü orta və uzun mənzillihava hücumundan müdafiə imkanlarını genişləndirəcək. Əsaspodratçılar Lockheed Martin, RTX Corporation və Northrop Grummanolacaq.
ABŞ administrasiyası sistemin potensial satışını təsdiqləməqərarını Konqresə çatdırıb. Qanunverici orqan müqaviləni nəzərdənkeçirmək və onu təsdiqləyib-təsdiqləməmək üçün 30 gün müddətinəmalikdir.