AZ

Almaniya miqrasiya siyasətini daha da SƏRTLƏŞDİRDİ

Bundestaqın 5 dekabrda baş tutan iclasında Almaniyanın miqrasiya siyasəti ilə bağlı qanuna bir sıra dəyişikliklər edilib.

Publika.az xəbər verir ki, dəyişiklərə əsasən hökumətin miqrasiya siyasəti daha da sərtləşdirililib.

Hökumət bundan sonra Bundesratın təsdiqinə ehtiyac olmadan ölkələri “təhlükəsiz mənşə ölkələri” kimi təsnif edə biləcək və bununla da həmin ölkələrdən gələn şəxslərin deportasiyası daha da asanlaşacaq.

Bu addımla əsassız sığınacaq müraciətlərinin qarşısını almaq və Miqrasiya və Qaçqınlar İdarəsində (BAMF) prosedurların sürətləndirilməsi hədəflənir.

Yeni qaydalara görə, təhlükəsiz mənşə ölkələrindən gələnlərin ərizələri daha çox “açıq-aşkar əsassız” kimi qiymətləndiriləcək.

Seçilən
28
4
publika.az

2Mənbələr