AZ

Qambiya bayraqlı “Kairos” tankeri Qara dənizdə batmaq təhlükəsi ilə üzləşib

Bakı. Trend:

Qambiya bayrağı altında üzən “Kairos” tankeri Bolqarıstanıncənubundakı Ahtopol şəhəri yaxınlığında Ukraynanın “Sea Baby”pilotsuz dəniz gəmisinin ehtimal edilən hücumundan sonra batmaqtəhlükəsi ilə üzləşib.

Trend-in"maritime.bg"yə istinadən məlumatına görə, gəminin göyərtəsində 10nəfər ekipaj üzvü var və onların həyatı üçün təhlükə yoxdur.

Hadisə Bolqarıstan Dəniz Administrasiyası, Hərbi Dəniz Qüvvələrivə sərhəd mühafizəsi tərəfindən nəzarətdə saxlanılır. Bildirilibki, noyabrın 28-də Türkiyə sularında pilotsuz aparatla baş verəninsidentdən sonra “Kairos” hərəkət qabiliyyətini itirib. Dekabrın3-də Türkiyə gəmisi tankeri yedəkləməyə başlayıb, lakin dekabrın5-də naməlum səbəblərdən yedəkləmə dayandırılıb və gəmi Bolqarıstanərazi sularında tərk edilib.

“Kairos” hazırda Bolqarıstan sahillərinə təxminən bir milməsafədə lövbər salıb. Ərazidə güclü küləklər müşahidə olunur.

Bolqarıstan Dəniz Administrasiyasının məlumatına görə, ekipajevakuasiya tələb edib. Bir sərhəd mühafizə qayığı və iki yedəkgəmisi yardım göstərməyə hazır olsa da, əlverişsiz hava şəraitisəbəbindən xilasetmə əməliyyatı dekabrın 6-sı səhər saatlarınadəktəxirə salınıb. Gəminin gecə boyunca müşahidəsi davam edəcək.

Ekipaj üzvlərinin milliyyəti barədə məlumat hələlikaçıqlanmayıb.

Seçilən
222
az.trend.az

1Mənbələr