AZ

Azərbaycanlı müğənni Dubaydakı biznesindən DANIŞDI

Müğənni Müjgan Ayxan sənət fəaliyyətində tələbatın azalmasından gileylənib və buna görə yeni sahəyə yönəldiyini açıqlayıb.

Publika.az xəbər verir ki, ifaçı artıq toy bazarında əvvəlki kimi iş olmadığını, xüsusilə də müəyyən yaşdan sonra sənətçilərə daha az müraciət edildiyini bildirib.

Müjgan Ayxan qeyd edib ki, gənc və fərqli ifaçıların meydana çıxması səbəbindən seçim daha çox onlara yönəlir:

"Toy biznes deyil. Yaşlı nəsil müğənnilərə məclislərdə gec-gec rast gəlirsən. Artıq gözəl, fərqli müğənnilər çıxır, üstünlük onlara verilir. Bizi məclislərə çağırmırlar, onlara pul verirlər".

Bu səbəbdən o, maddi ehtiyaclarını təmin etmək üçün əlavə biznes qurduğunu söyləyib.

Seçilən
37
2
publika.az

4Mənbələr