Dekabrın 5-də ABŞ Prezidenti Donald Tramp ölkədə uşaqların həddən artıq peyvənd edildiyini bildirərək Səhiyyə və İnsan Xidmətləri Departamentinə təcili olaraq digər dövlətlərdə peyvənd cədvəllərini nəzərdən keçirməyi tapşırıb.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social"da yazıb.
O bildirib ki, Səhiyyə və İnsan Xidmətləri Departamentindən digər ölkələrdə peyvənd cədvəllərinin hərtərəfli qiymətləndirilməsini sürətləndirməyi istəyib.
Tramp ABŞ-ın peyvənd cədvəlini nəhayət elmin və sağlam düşüncənin qızıl standartlarına əsaslanması üçün daha yaxşı kalibrləməsini tələb edən yeni direktivi imzaladığını açıqlayıb.