AZ

Çoxmərtəbəli yaşayış binasında PARTLAYIŞ – VİDEO

Rusiyanın Ryazan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, sakinlər təcili olaraq təxliyə olunur, hadisə yerində xüsusi xidmət orqanları çalışır. Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Regionda PUA hücumu təhlükəsi elan edilib, havada HHM işləyir. Yerli sakinlərin sözlərinə görə, Kalnı rayonunda gecə saatlarında 15-ə yaxın partlayış səsi eşidilib.

Gözətçilərdən bəziləri dronlardan birinin binanın damına çırpıldığını iddia edib.


Bizim.Media

Seçilən
73
1
bizim.media

2Mənbələr