ain.az, Banco.az portalına istinadən məlumat yayır.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini sabit saxlayıb.
Bu barədə reytinq agentliyi xəbər verir.
Belə ki, agentlik dekabrın 5-də Azərbaycan üzrə növbəti reytinq icmalını aparıb və bütün əsas göstəriciləri dəyişməyərək sabit saxlamaq (“Review – No Action”) qərarı verib. Bu isə ölkənin uzunmüddətli emitent defolt reytinqinin “BBB–” səviyyəsində sabit saxlanılması deməkdir.
Agentlik həmçinin, qısamüddətli emitent reytinqini “ F3”, yerli valyutada uzunmüddətli reytinqi “BBB–”, yerli valyutada qısamüddətli reytinqi isə “F3” səviyyəsində təsdiqləyib.
Ən yüksək faiz verən depozit hansı bankdadır?
Məlumata görə, son faktiki reytinq tədbiri 13 iyun 2025-ci ildə aparılıb və həmin tarixdə Fitch Azərbaycanın “BBB–” reytinqini təsdiqləyərək proqnozu “sabit” səviyyəsində saxlayıb. 5 dekabrda isə yalnız monitorinq həyata keçirilib.
Əsas məqsəd Azərbaycanın makroiqtisadi, fiskal, xarici və geosiyasi risklərini yenidən qiymətləndirmək olub və reytinqə dəyişiklik üçün əsas görülməyib.Qeyd edək ki, “Fitch” Azərbaycanın reytinqini 2024-cü ilin iyulunda “BB+” səviyyəsindən “BBB–” səviyyəsinə yüksəldilib və bu reytinq bütün sonrakı nəzərdən keçirmələrdə dəyişməz saxlanılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.