AZ

İki ölkə sərhədində növbəti qarşıdurma Pakistan ordusu ilə Taliban arasında ağır döyüşlər oldu

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Pakistan və Əfqanıstan rəsmiləri iki ay əvvəl çoxsaylı itkilərə səbəb olan sərhədyanı toqquşmadan sonra dünən Pakistan–Əfqanıstan sərhədində yenidən şiddətli atışmaların baş verdiyini bildiriblər. Bakupost.az DPA-ya istinadən xəbər verir ki, məlumatlara görə, hər iki tərəfdə ölənlər var.Pakistanlı rəsmilər top atəşi də daxil olmaqla müxtəlif növ silahların tətbiq edildiyini, qarşıdurmanın Pakistanın Belucistan əyaləti ilə Əfqanıstanın Qəndəhar bölgəsi arasında baş verdiyini deyiblər. Sərhədi qoruyan Pakistan qüvvələrinin nümayəndəsi intensiv və son dərəcə şiddətli olan atışmanın iki saat davam etdiyini deyib.Əfqan Talibanı hökumətinin nümayəndəsi öz qüvvələrinin Pakistan tərəfindən açılan atəşi cavablandırdığını söyləyib. Lakin Pakistan tərəfi iddia edir ki, sərhədin o biri tərəfindəki mülki əhaliyə atəş açan məhz Taliban döyüşçüləridir.Xatırladaq ki, Pakistanın oktyabrda Kabil də daxil olmaqla Əfqanıstan ərazisindəki hədəflərə təşkil etdiyi hava zərbələrindən sonra yaşanan ölümcül sərhəd insidentindən cəmi iki ay keçib. Həmin zərbələrdə sərhədyanı hücumlarda günahlandırılan bir militant qruplaşma lideri hədəf alınmışdı.Bundan sonra Qətərin vasitəçiliyi ilə kövrək bir atəşkəs əldə olunmuşdu, lakin son insident sərhəddə gərginliyin yenidən yüksəldiyini göstərir.

Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
112
www.bakupost.az

1Mənbələr