AZ

Ermənistanda “Moldova ssenarisi”nə hazırlıq gedir

Ermənistan hakimiyyəti qarşıdan gələn parlament seçkilərində “Moldova ssenarisi”ndən istifadə etmək niyyətindədir, Avropa Birliyi (AB) məhz bu məqsədlə İrəvana 12 milyon avro ayırır.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

Ekspertin fikrincə, AB bunu açıq şəkildə bəyan edərək, Ermənistan hakimiyyətinin səylərini təşviq edir və maliyyələşdirir:

“Bu hadisələr bir-biri ilə sıx bağlıdır, bir-birinin məntiqi davamıdır. Ermənistan hakimiyyəti AB-nin dəstəyi ilə Moldovada keçirilən son parlament seçkilərində uğurla həyata keçirilən modeli burada tətbiq etməyə hazırlaşır. Əslində, bu, şərti olaraq “Moldova ssenarisi” adlandırılan Avropa ssenarisidir”.

Suren Surenyants iddia edib ki, bu, Ermənistan hakimiyyəti və AB bürokratiyası tərəfindən Rusiyaya qarşı atılan addımdır.

Seçilən
14
1
publika.az

3Mənbələr