AZ

"Bavariya"nın hücumçusunun cəzasının müddəti azaldılıb

Almaniyanın "Bavariya" klubunun hücumçusu Luis Diasın cəzasının müddəti azaldılıb.

"Cebheinfo.az" xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda PSJ (1:2) ilə matçda aldığı qırmızı vərəqəyə görə üç oyunluq cəzalandırılan futbolçunun cəzası Münhen təmsilçisinin müraciətindən sonra 2 matça endirlib.

L.Dias oyun zamanı Əşrəf Hakimiyə qarşı ciddi qayda pozuntusuna yol vermiş və rəqibin topuğunun zədələnməsinə səbəb olmuşdu. Forvard yalnız dekabrın 9-da UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda "Sportinq"lə (Portuqaliya) matçda iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Bavariya" - "Sportinq" matçı dekabrın 9-da, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

"Cebheinfo.az"

Seçilən
27
3
cebheinfo.az

4Mənbələr