AZ

Afrika pinqvinlərinin nəsli kəsilə BİLƏR

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cənubi Afrika Respublikasının (CAR) sahil sularında balıq populyasiyasının kəskin azalması səbəbindən unikal pinqvin növü olan Afrika pinqvinlərinin nəsli sürətlə kəsilir.

Redaktor.az xəbər verir ki, bu barədə CAR-ın Meşəçilik, Balıqçılıq və Ətraf Mühit Nazirliyinin Böyük Britaniyadakı Ekseter Universiteti ilə birgə hazırladığı hesabata bildirilir.

Hesabata görə, son 30 ildə Afrika pinqvinlərinin sayı 95% azalıb və bu da növün nəsli kəsilmək üzrə olduğunu göstərir. Bildirilir ki, 2004-2011-ci illər arasında 60 000-dən çox pinqvin aclıqdan ölüb.

Hazırda Afrikada vəhşi təbiətdə təxminən 20 000 pinqvin yaşayır. Mütəxəssislərin fikrincə, qitə pinqvinləri 2036-cı ilə qədər tamamilə məhv olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
2
redaktor.az

3Mənbələr