Bakı. Trend:
Qırğız Respublikasının Bişkek şəhərində Türk İnvestisiyaFondunun (TİF) Rəhbərlər Şurasının 2-ci iclası keçirilib.
Trend bubarədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, tədbirdə iştirak edən iqtisadiyyat nazirininbirinci müavini Elnur Əliyev son illər Türk dünyasında iqtisadiinteqrasiyanın gücləndiyini, sənaye, enerji, nəqliyyat,rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın möhkəmləndiyinivurğulayıb. Türk İnvestisiya Fondunun fəaliyyətə başlamasınınregional inkişafı sürətləndirəcəyi və üzv ölkələr arasındainvestisiya tərəfdaşlığını daha da genişləndirəcəyi qeyd olunub.Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, mövcud investisiyaimkanları barədə məlumat verilib.
Tədbirdə iştirak edən üzv ölkələrin nümayəndələri TİF-in Türkdünyasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və regionaltərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinivurğulayıblar. Fondun tezliklə fəaliyyətə başlamasının regionundayanıqlı inkişafı, rəqabətqabiliyyətinin artırılması vəinvestisiya imkanlarının daha effektiv yönləndirilməsi baxımındanönəmi qeyd edilib.
İclasda Fondun fəaliyyətinə dair məsələlər müzakirə edilib.Rəhbərlər Şurasının prosedur qaydaları ilə bağlı sənədlər qəbuledilib. Fondun 2024-cü il fəaliyyəti müzakirə edilib.
TİF-in funksional beynəlxalq maliyyə institutuna çevrilməsiistiqamətində daha bir vacib addım atılıb. Fonda üstun kreditorstatusunun verilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi iləbağlı qərar qəbul olunub.
İclasda Azərbaycanın təklifinə əsasən TİF-in əməliyyatfəaliyyətinə başlaması ilə bağlı Rəhbərlər Şurasının qərarı qəbulolunub. Türk İnvestisiya Fondunun investisiya fəaliyyətinə 2026-cıilin birinci rübünün sonunadək başlaması müəyyən olunub.