UEFA "Bayern Münhen"in hücumçusu Luis Diasın cəzasının müddətini azaldıb.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda PSJ (1:2) ilə matçda aldığı qırmızı vərəqəyə görə 3 oyunluq diskvalufikasiya edilən forvardın cəzası klubunun müraciətindən sonra 2 matça endirlib.
Dias oyun zamanı Əşrəf Hakimiyə qarşı qayda pozuntusuna yol vermiş və rəqibini ciddi şəkildə zədələmişdi.