Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha forumu çərçivəsində Qətər Dövlətinin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint Əli bin Nasir Əl-Misnad ilə görüşüb.
Pravda.az xəbər verir ki, bununla bağlı H.Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
"Görüş zamanı ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini daha da gücləndirmək yollarını müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızı intensivləşdirməyi razılaşdırdıq", - paylaşımda qeyd olunur.
Tarix: 6 Dekabr 2025, 11:50