AZ

Türkiyədə yol qəzasında 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Türkiyədə Adana-Qaziantep magistral yolunda qəza baş verib.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, sərnişin avtobusunun TIR-a çırpılması nəticəsində 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Qəza səbəbindən magistral yolda hərəkət məhdudlaşdırılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Seçilən
67
4
apa.az

5Mənbələr