AZ

İran səfiri Livan ermənilərinin katolikosu ilə Zəngəzuru müzakirə etdi

BAKI, 6 dekabr. TELEQRAF

Livandakı erməni kilsəsinin (“Böyük Kilikiya Evi” adlandırılır – red.) katolikosu Aram İranın Beyrutdakı səfiri Müctəba Əmani ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Roma Papası XIV Leonun Livana səfəri, Livandakı vəziyyət, Ermənistan-İran münasibətləri və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən marşrutla (Zəngəzur dəhlizi – red.) bağlı məsələlər müzakirə olunub.

Görüşün sonunda səfir erməni katolikosu İrana səfərə dəvət edib.

Seçilən
83
teleqraf.com

1Mənbələr