AZ

ABŞ-Avropa müttəfiqliyinin sonu? - Ağ Evin yeni strategiyası etiraz yaratdı

BAKI, 6 dekabr. TELEQRAF

“ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında sərt tənqidə məruz qalmasına baxmayaraq, Avropa İttifaqı (Aİ) Amerikanı əsas müttəfiqi hesab etməyə davam edir”.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Əsas müttəfiqlər olaraq qalırıq. ABŞ-nin Avropanın mövcudluğunda payı var. Əvvəllər olduğu kimi, yenə də müttəfiqik və müxtəlif məsələlər üzərində birlikdə işləyirik”, - o bildirib.

Kallas vurğulayıb ki, Aİ ilə ABŞ arasında müəyyən mövzular üzrə fikir ayrılıqları olsa da, müttəfiqlər birlikdə hərəkət etməlidir.

Dekabrın 5-də yayımlanan ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir ki, Avropa 20 il ərzində tanınmaz hala gələ bilər. Sənəddə qeyd olunur ki, Avropa İttifaqı rəhbərliyi və digər yerli strukturların dağıdıcı siyasəti səbəbindən Avropa sivilizasiya kimi öz məhvinin astanasındadır. ABŞ-nin yenilənmiş strategiyasında bu səbəbdən bir sıra Avropa ölkələrinin Amerika üçün etibarlı müttəfiq olaraq qalmaları üçün kifayət qədər iqtisadi-hərbi potensiala malik olub-olmamaları ilə bağlı şübhələr ifadə edilir. Sənəd Aİ ölkələrində etiraz və müzakirələrə səbəb olub.

Seçilən
68
50
teleqraf.com

10Mənbələr