İspaniyanın "Real Madrid" klubunun qapıçısı Tibo Kurtua hesab edir ki, komandası qış transfer mövsümündə iki yüksək səviyyəli oyunçu ilə müqavilə imzalamalıdır.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
33 yaşlı belçikalı fikirlərini klub rəhbərliyi ilə bölüşüb. O hesab edir ki, yeni oyunçular cəlb olunmasa, "madridlilər" mövsümün sonunda yenə eyni problemlə qarşılaşacaqlar.
T.Kurtuanın fikrincə, "Liverpul"dan İbrahim Konate və "Kristal Pelas"dan Mark Quehi "Real Madrid" üçün prioritet namizədlərdir.
"Cebheinfo.az"