AZ

"Santos" Neymarla danışıqlara başlayıb

Braziliyanın "Santos" klubu Neymarla müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıb.

"Report" "FootMercato"ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu A Seriyası təmsilçisində daha bir mövsüm keçirmək niyyətindədir.

Braziliya millisinin üzvü yanvarda Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal"dan ayrılaraq yetirməsi olduğu "Santos"a qayıtmışdı. Tərəflər arasındakı müqavilənin müddəti bu ayın sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Neymar cari mövsümdə "Santos"un heyətində 27 oyun keçirib, 11 qola və 4 məhsuldar ötürməyə imza atıb.

"Cebheinfo.az"

Seçilən
25
3
cebheinfo.az

4Mənbələr