AZ

“Emili Parisdə”nin aktyoru narkotikə görə saxlanıldı

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Məşhur “Emili Parisdə” serialının aktyoru və ssenarist Ceremi Harris narkotik qaçaqmalçılığı şübhəsi ilə saxlanılıb.

Axşam.az xəbər verir ki, hadisə Yaponiyada baş verib. “Daily Mail”in yaydığı məlumata görə, 36 yaşlı aktyor noyabrın 16-da Naha hava limanında olarkən gömrükdə onun çantasından narkotik maddənin tapılıb.

Təxminən 780 mq ağırlığında olan maddənin birdəfəlik dozadan xeyli çox olduğu bildirilib. Harrisin ifadə verməsi və ya vəkilinin olub-olmaması barədə məlumat yoxdur. İttihamlar təsdiqini taparsa, Harrisi 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Harris “Emili Parisdə” serialında Qreqori Elliot Düpre rolu ilə tanınır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
5
axsam.az

6Mənbələr