AZ

Qarayevin “qara siyahısı”-SƏN NƏLƏR NAZİRİ OLMUSAN QARAYEV?

Əbülfəz Qarayev mədəniyyət naziri olduğu dövrdə mədəniyyətdən başqa hər şeylə məşğuı olub. Panamada “Əlləmə” Hüseynbala ilə şərikli “Rimbo”sundan tutmuş Xorvatiyadakı “Amfiteatr” otelinə qədər mədəni talançılıq hesabına vəhşicəsinə mənimsədikləri haqqında hələ illər əvvəl yazmışdım.

Vətəninfo.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli sabiq Mədəniyyət naziri Əbülfəz Qarayevlə bağlı şox ciddi iddialar dolu məlumatları özünün “facebook”sosial hesabında paylaşıb.

paylaşılanlar həqiqətdirsə, o zaman görünür ki,Əbülfəz Qarayev Mədəniyyət naziri yox,mədəniyyətdən yararlanan soyğunçuluq naziri olub.

Cavanşir Həsənli yazır:

Sonra məlum oldu ki, Əbülfəs Qarayev Moskvada dəniz məhsulları – balıq , molyusk filan da satırmış. Moskvada Qarayevin “LEON BABY” və “MYASNAYA QARANT” kimi ticarət markaları var.
Dövlətin isə ümumiyyətlə xəbəri olmayıb ki, Azərbaycanın mədəniyyət naziri Moskvada təkcə balıq, molyusk, toyuq-cücə, deyil, həm də neft və qaz məhsulları satırmış.

Həm də Əbülfəs Qarayev məhz nazir olduğu illərdə:

image-img_5875

– 2004–cü ilin fevralında Panamada RİMBA SA şirkətini təsis edib;
– 2008-ci ildə Xorvatiyada LK D.O.O. (LTD) şirkətini həyat yoldaşının adın təsis edib, Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan “Amfiteatr” otelini alıb;
– 2010-cu ildə həyat yoldaşı Lalə Kazimovanın adına KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib.
– 28 iyul 2010-ci ildə Moskvada “ÇƏHRAYI SUNK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (ООО “Розовый Скунс”) təsisçisi kimi qeydiyyatdan keçib.
– 17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb ( “qeyri-ixtisaslaşmış mağazalarda pərakəndə ticarət”);
– 7 aprel 2014-cü ildə Moskvada GALS MMC-nin (ООО “ГАЛС”) rəhbəri olub;
– 12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb;
– 23.06.2017-ci ildə Moskvada “GZK OIL” MMC-ni (ООО “ГЗК ОЙЛ”) təsis edib;
– 18 may 2023-cü ildə ÇE CORPORATION MMC-nin təsisçisi (ООО “КОРПОРАЦИЯ ЧЕ)
kimi qeydiyyatdan keçib. Buna qədər təsisçi qismində Əbülfəs Qarayevin təsisçisi olduğu “QALS” və “ÇƏHRAYI SUNK” MMC-lər iştirak edib.

Redaksiyadan:Azərbaycanda sadə bir vətındaş hansısa bir vətəndaşın 100 manatına göz dikirsə,qanunla o adamın anası ağlar qalır.

Bəs görəsən Əbülfəz Qarayevdən bu qədər mal mülkü necə əldə etdiyi,hansı gəlirlə milyonlara sahib olduğu,dövləti və rəhbəri olduğu nazirliyi necə soyduğu qanunla soruşulacaqmı?

Seçilən
7
20
veteninfo.az

10Mənbələr