AZ

Qətər: Qəzza ilə bağlı danışıqlar həlledici mərhələdən keçir

Qahirə, 6 dekabr, AZƏRTAC

Qəzza ilə bağlı danışıqlar həlledici mərhələdən keçir.

AZƏRTAC xəbər verir ki, bunu Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani Doha Forumunda çıxışında bildirib.

O bildirib ki, vasitəçilər atəşkəs razılaşmasının növbəti mərhələsinin həyata keçməsi üçün birlikdə işləyirlər.

Baş nazir onu da qeyd edib ki, İsrail qoşunları tam geri çəkilməyincə Qəzzadakı atəşkəs “yarımçıq” olacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
22
5
azertag.az

6Mənbələr