Dünya şöhrətli amerikalı memar, dizayner və heykəltəraş Frank Qeri vəfat edib.
Paralel.az xəbər verir ki , bu barədə “The New York Times” məlumat yayıb.
Onun Kaliforniyanın Santa Monika şəhərindəki evində respirator xəstəlikdən sonra 96 yaşında öldüyü bildirilir.
Los-Ancelesdəki məşhur “Walt Disney” konsert zalı, Parisdəki “Louis Vuitton” İncəsənət Fondu və Bilbaodakı “Quggenheim” Muzeyi, Praqadakı “Rəqs evi” və digər onlarla məşhur incəsənət nümunəsi onun yaradıcılığının məhsuludur.