AZ

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə YARIM MİLYON xərcləyəcək

Biləsuvar Rayon İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək.

Bizim.Media xəbər verir ki, icra hakimiyyəti bununla bağlı "Euroservise” şirkəti ilə müqavilə bağlayıb.

Müqavilədə Biləsuvar şəhərinin küçələrinin işıqlandırma sisteminin cari təmiri işlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri isə 510.632,24 manat müəyyənləşib.

Qeyd edilib ki, təmir işləri büdcə və büdcədənkənar vəsaiti hesabına həyata keçiriləcək. (iqtisadiyyat.az)

Bizim.Media

Seçilən
25
6
bizim.media

7Mənbələr