AZ

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

Ötən il Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilib. Ölkəmiz qısa müddətdə D-8 təşkilatı çərçivəsində önəmli addımlar atıb, əməkdaşlıq sahələrini müəyyənləşdirib və islahatlarda iştirak etməyə çalışıb. Biz Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik. Bunlar iqlim, nəqliyyat və media mərkəzləridir. Azərbaycanın D-8 çərçivəsində təşəbbüsləri məramını və həmrəyliyini ifadə edir.

AZƏRTAC xəbər verir ki, bunu D-8 Gənclər Dialoqunda çıxış edən xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

O, fikirlərinə belə davam edib: "Bugünkü dialoq gənclərin inkişafı və dayanıqlı şəhərlərin formalaşması mövzularına həsr olunub. Dünya texnologiya və iqlim sahələrində inkişaf edir. Biz bu prosesdə tam iştirak etməliyik. Burada gənclərin liderliyi də önəmlidir. D-8 Gənclər Dialoqu 350 milyon gəncin burada təmsil olunması deməkdir. Gənclər ancaq inkişafa töhfə vermir, onlar dəyişikliyin memarlarıdırlar. D-8 dialoqu bizim ideyalarımızın, tövsiyələrimizin mübadiləsi üçün unikal bir fürsətdir. Sizin liderliyiniz, innovasiya və iştirakınızla D-8 təkcə iqtisadi kooperasiya platforması olmayacaq, eyni zamanda, birlikdə gələcəyi formalaşdıracağıq. Müzakirələr sayəsində bizim cəmiyyətlərimiz üçün daha güclü və daha çevik platforma yaranacaq".

Seçilən
32
3
azerbaijan-news.az

4Mənbələr