BAKI, 6 dekabr. TELEQRAF
ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibə ehtimalını aşağı hesab edir.
Teleqraf xəbər verir ki, o, bu barədə Doha Forumunda bildirib.
“Düşünürəm ki, bunun nə vaxtsa baş verməsi ehtimalı çox aşağıdır”, - ABŞ nümayəndəsi deyib.
Həmçinin o, ABŞ-nin NATO-nun kollektiv müdafiə öhdəliyinə ciddi yanaşdığını vurğulayıb.