AZ

Gürcüstanın Azərbaycandan pendir və kəsmik alışına çəkdiyi xərci 6 dəfəyə yaxın artıb

ain.az, Sia Az portalına istinadən məlumat verir.

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 343,2 min ABŞ dolları dəyərində pendir və kəsmik idxal edib. SİA-nın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 5,7 dəfə çoxdur.

Bu ilin ilk 10 ayında Gürcüstan xarici ölkələrdən 33,1 milyon ABŞ dolları dəyərində pendir və kəsmik alıb ki, bu da 1 il əvvəlki göstəricidən 28 % çoxdur.

Hesabat dövründə Gürcüstan Almaniyadan 5,62 milyon ABŞ dolları, Türkiyədən 4,8 milyon ABŞ dolları, Rusiyadan 3,86 milyon ABŞ dolları, Polşadan 3,54 milyon ABŞ dollar, İtaliyadan 3,28 milyon ABŞ dolları dəyərində pendir və kəsmik idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 32,76 milyon ABŞ dolları dəyərində pendir və kəsmik alıb ki, bunun da 120 min ABŞ dolları Azərbaycanın payına düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
87
3
sia.az

4Mənbələr