Xulian Alvaresin “Barselona”ya keçid məsələsi aktuallığını itirib.
"Football-plus.az" xəbər verir ki, İspaniyanın “Sport” nəşrinin məlumatına görə, Kataloniya klubu “Atletiko”nun argentinalı futbolçusunun transferindən bir neçə səbəbə görə imtina edib.
İmtinaya əsas səbəb kimi maliyyə məsələsi göstərilir. Belə ki, “Atletiko” rəhbərliyinin 25 yaşlı forvardı 200 milyon avrodan aşağı qiymətə satmaq niyyətində olmadığı, futbolçunun müqaviləsindəki sərbəst qalma məbləğinin isə 500 milyon avro olduğu bildirilir. “Barselona” rəhbərliyi isə öz növbəsində bu vəsaiti ödəməyi planlaşdırmır.
Məlumata görə, “Barselona” Robert Levandovskinin yerinə alternativ namizədləri araşdırmağa davam edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta