AZ

Tramp Avropanı aşağılayır? – İDDİA

ABŞ prezidenti Donald Trampın administrasiyası Avropanı Ukrayna üzrə danışıqlardan kənarlaşdırmaqla onu aşağılayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Le Monde yazır.

Məqalədə deyilir: “Rusiya təhlükəsi səbəbindən taleyi Ukrayna ilə bağlı olan Kiyevin müttəfiqləri ABŞ tərəfindən qəsdən danışıqlardan kənarlaşdırılır. Onlara məhəl qoyulmur və alçaldılır”.

Belə alçaldıcı epizodlardan biri də ABŞ -ın xüsusi elçisi Stiv Vitkoff və Trampın kürəkəni Jared Kuşnerin Moskvaya səfərindən sonra Amerika nümayəndə heyəti ilə Ukrayna lideri Vladimir Zelenski arasında Brüsseldə keçirilən görüşün ləğv edilməsi olub.

Fransanın Vaşinqtondakı keçmiş səfiri Jerar Araud deyib : “Tramp avropalılarla qvatemalalılarla elə davranır – heç bir hörmət etmədən”.

Bloomberg daha əvvəl ABŞ-ın Ukraynadakı münaqişənin həlli üçün sülh planı üzərində işləməsi ilə əlaqədar Avropa İttifaqının çətinlikləri barədə məlumat vermişdi. Bu, Avropada Tramp administrasiyasına inamı sarsıtdı və transatlantik alyansın dağılması qarşısında avropalıların özlərini müdafiə edə biləcəkləri ilə bağlı suallar doğurdu.

Seçilən
27
nocomment.az

1Mənbələr